...

Rabitə müəssisələri bayram günlərində fasiləsiz işləyəcək

Telekommunikasiya Materials 17 Mart 2016 17:00 (UTC +04:00)
Rabitə birlik-müəssisələri və telekommunikasiya operatorları bayram günlərində fasiləsiz işləyəcək.
Rabitə müəssisələri bayram günlərində fasiləsiz işləyəcək

Bakı. Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz bayramı münasibətilə əhalinin telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin edilməsinə dair rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bayram günlərində məsul növbətçilər təşkil edilməklə telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin tam aradan qaldırılması, internetə çıxış sürətinin tələbata uyğun təmin olunması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması üzrə müvafiq tədbirlər görüləcək.

Eyni zamanda bayram ərəfəsində və bayram günlərində telefonların fasiləsiz işinin təmin edilməsi məqsədilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbir görülməsi nəzərdə tutulur.

Abunəçilərin rahatlığı və bayram ovqatının yüksəldilməsi üçün nazirlik tərəfindən bir sıra əlavə tədbirlər də həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti