...

"Bakcell" növbəti "Smart Start" təcrübə proqramına start verir

Telekommunikasiya Materials 15 Aprel 2016 18:53 (UTC +04:00)
"Bakcell" şirkəti 18-25 yaş arası tələbə və məzunlar üçün təşkil etdiyi “Smart Start” təcrübə proqramının yeni mövsümünün açılışını elan edir.
"Bakcell" növbəti "Smart Start" təcrübə proqramına start verir

Bakı. Trend:

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti 18-25 yaş arası tələbə və məzunlar üçün təşkil etdiyi "Smart Start" təcrübə proqramının yeni mövsümünün açılışını elan edir.

Bu proqram şirkətin müxtəlif şöbələrində peşəkar əməkdaşlarla birgə işləyərək, telekommunikasiya sahəsi üzrə dəyərli iş təcrübəsi toplamaq üçün əla bir fürsətdir.

Ənənəyə sadiq olaraq, şirkət təcrübə imkanlarını karyeralarının müxtəlif mərhələlərini keçən bütün şəxslər üçün təqdim edir. Bu ödənişli təcrübə proqramı həftədə 5 iş günü olmaqla 2016-cı ilin iyul ayından sentyabr ayınadək davam edəcək.

Bütün ərizələr 2016-cı ilin 20 aprelindən 10 mayadək təqdim edilməlidir. 2016-cı il 16 maydan 16 iyunadək keçiriləcək ilkin seçim prosesində namizədlər sınaq və qrup müsahibələrinə dəvət olunacaqlar.

17 iyundan başlayaraq, təcrübə keçənlərin seçimi üzrə komitə bütün uyğun namizədlərlə fərdi və sahələr üzrə müsahibələr keçirəcək. Bu proses 27 iyunda başa çatdırılacaq və "Smart Start" proqramının uğurlu namizədləri 01 iyul 2016-cı ildə elan ediləcək.

Təcrübə proqramına başlamazdan əvvəl bütün seçilmiş namizədlərə Bakcell şirkəti tərəfindən daxili təlimlər keçiriləcək.

Faktiki proqram 2016-cı il 01 iyulda başlayacaq və 01 sentyabrda başa çatacaq.

Bu 2 aylıq dövr ərzində təcrübə keçənlər səmimi işçi heyətinin üzvləri kimi şirkətin gündəlik əməliyyatlarına fəal surətdə cəlb olunacaqlar.

Təcrübə proqramında iştirak etmək üçün namizəd aşağıdakı keçiddən istifadə edərək ərizə formasını doldurmalıdır: http://developtalent.bakcell.com/az

2015-ci ildə "Smart Start" təcrübə proqramında iştirak etmək üçün "Bakcell" şirkətinə 2000 nəfərdən çox namizəd müraciət edib. Telefon vasitəsilə 688 nəfərlə müsahibə aparılıb, onlardan 480 nəfəri sınaq və qrup müsahibələrindən keçmək üçün seçiliblər. Onlardan 190 nəfəri fərdi müsahibələrə dəvət olunaraq uğur qazanıb, 32 nəfər isə proqramda iştirak edib. Təcrübə keçənlər arasında proqramı müvəffəqiyyətlə bitirmiş ən fəal və perspektivli 3 gənc "Bakcell" şirkətində işlə təmin olunmaq imkanı əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti