...

Cəbhəyanı rayonlarda "Elektron hökumət" seminarları (FOTO)

Telekommunikasiya Materials 26 Oktyabr 2016 09:07 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi cəbhəyanı rayonlarda “Elektron hökumət” mövzusunda seminarlara start verib.
Cəbhəyanı rayonlarda "Elektron hökumət" seminarları (FOTO)

Bakı. Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi cəbhəyanı rayonlarda “Elektron hökumət” mövzusunda seminarlara start verib.

Məlumat Hesablama Mərkəzindən Trend-ə verilən məlumata görə, ilk seminarlar Bərdə və Tərtər rayonlarında baş tutub. Seminarlarda 100-dən çox müxtəlif yaş qruplarından olan vətəndaşlar iştirak edib.

“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyinin, Məlumat Hesablama Mərkəzinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və yerli sakinlərin iştirak etdiyi seminarlarda "Elektron hökumət" xidmətlərinin məmur-vətəndaş təmasının maksimum azaldılması, şəffaflığın təmin edilməsi istiqamətində əhəmiyyətindən danışılıb. Bildirilib ki, region əhalisinin “Elektron hökumət” haqqında yetərincə informasiyaya malik olmaması elektron xidmətlərdən istifadəni məhdudlaşdırır.

Seminarlarda Məlumat Hesablama Mərkəzinin nümayəndəsi portal üzrə təqdim olunan 415 elektron xidmətlər və bu xidmətlərin üstünlükləri barədə məlumat verib. Portal üzrə əhali tərəfindənən çox müraciət olunan xidmətlər barədə məlumatlar da iştirakçılarının diqqətinə çatdırılıb. Bu elektron xidmətlərdən bəziləri onlayn rejimdə təqdim edilib. Sonda iştirakçılar sertifikat və hədiyyələrlə mükafatlandırılıb.

Növbəti seminarlar 4-5 noyabr tarixlərində Ağdam və Goranboy rayonlarında baş tutacaq. Tədbirdə iştirak etmək istəyənlər (+994) 55 267 00 61 nömrəsinə zəng edərək müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti