...

"Brain Ring" izlə, "Nar"dan hədiyyə qazan

Telekommunikasiya Materials 10 Noyabr 2016 16:35 (UTC +04:00)
"Brain Ring" izlə, "Nar"dan hədiyyə qazan" müsabiqəsi davam edir.
"Brain Ring" izlə, "Nar"dan hədiyyə qazan

Bakı. Trend:

"Nar"ın ənənəvi olaraq dəstək verdiyi "Brain Ring" intellektual bilik yarışlarının səkkizinci mövsümü davam edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, yarışlarda respublikanın 16 bölgəsi və 8 ali məktəbini təmsil edən 34 komanda bilik mübarizəsi aparır.

"Brain Ring" intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir. Belə ki, verilişin yayımı zamanı "Nar"ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırlar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”dan hədiyyə qazanmaq şansı əldə edirlər.

Oktyabr ayının qalibləri olan “Twitter” istifadəçiləri: Mahir Mədətov (@Mah_iR), Sənan Qocayev (@sanangojayev), Toğrul Əhmədgil (@t_ahmedgil), Seymur Tağıyev (@SeymurTagiyev).

Ətraflı məlumatı @salamnar “Twitter” hesabından əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti