...

"Microsoft" Bakıda texniki rəhbərlər və İT-direktorlar üçün seminar təşkil edib (FOTO)

Telekommunikasiya Materials 25 Noyabr 2016 19:12 (UTC +04:00)
“Microsoft Azərbaycan” şirkəti Bakıda İT departament direktorları və texniki rəhbərlər üçün “Microsoft-un təhlükəsiz bulud platforması” mövzusunda seminar təşkil edib.
"Microsoft" Bakıda texniki rəhbərlər və İT-direktorlar üçün seminar təşkil edib (FOTO)

Bakı. Trend:

“Microsoft Azərbaycan” şirkəti Bakıda İT departament direktorları və texniki rəhbərlər üçün “Microsoft-un təhlükəsiz bulud platforması” mövzusunda seminar təşkil edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, seminarı giriş sözü ilə açan “Microsoft Azerbaijan” şirkətinin Strateji həllər üzrə mütəxəssisi Qaçay Mirzəyev bildirib ki, hazırda cəmiyyət bulud həlləri və mobil texnologiyaların əhəmiyyətli cərəyana və bizneslərin inkişaf istiqamətlərinə çevrildiyi bir dövrdə yaşayır və məhz bu iki cərəyan sayəsində artıq anlamaq olur ki, ənənəvi təhlükəsizliyi təminetmə üsulları bu günün reallıqları ilə üst üstə düşmür.

Q.Mirzəyev qeyd edib: “Məlumat sızıntılarının nəticəsi kimi biz mütəmadi olaraq xəbər başlıqlarında müştəri məlumatlarının etibarına xələl gətirildiyi, milyardlar dəyərində informasiya oğurluqları ilə rastlaşırıq. Onu da qeyd edim ki, son 6 ay ərzində Azərbaycanda müxtəlif kiberhücumlar nəticəsində müxtəlif şirkət və qurumlara təxminən 1 milyon ABŞ dollarından çox zərər dəyib. Məsələn, son 6 saat ərzində müxtəlif qurumlara 800 min kiberhücum olub ki, hücumların 75%-i bank sektorunun payına düşür”.

Seminarda çıxış edən “Microsoft”un Mərkəzi və Şərqi Avropa regionu üzrə informasiya təhlükəsizliyi proqramlarının rəhbəri Artyom Sinitsin tədbir iştirakçılarına ənənəvi informasiya təhlükəsizliyi üsullarının öz aktuallıqlarını hansı səbəbdən itirdikləri, müasir informasiya təhlükəsizliyi strategiyasında vacib komponentləri, bulud texnologiyaları və onların istifadəsi ilə bağlı təhlükəsizlik tədbirləri arasındakı tarazlıq məsələləri barədə ətraflı məlumat verib. Bundan başqa, tədbirdə hibrid buludlarında təhlükəsizliyin təmin edilməsi üçün nəzərdən keçirilən praktik ssenarilər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

A.Sinitsin bildirib: "Biz “Microsoft”da tərəfdaşlarımıza təhlükədən sadəcə qorunmaqla kifayətlənməməyin, eyni zamanda, onu zamanında aşkarlayaraq cavablandırmağın əhəmiyyətindən danışırıq. Bu seminarda da müxtəlif dövlət və biznes qurumlarının kiberhücumlarla mübarizəsi təcrübəsini nəzərdən keçirdik və bulud həllərinin innovativ dəyərini müzakirə etdik".

Tədbir çərçivəsində seminar iştirakçıları “Microsoft”un təhlükəsizlik üzrə bulud servisi vasitəsilə informasiya təhlükəsizliyi strategiyasını nə cür həyata keçirilməsi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti