• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • İqtisadiyyat
  • Telekommunikasiya

Daha sürətli internet: Fiber-optik xidmət evinizə qədər gəldi

27 Yanvar 2017 10:00 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

İstənilən insan rahat və bütün istəklərinin təmin olunduğu həyata can atır. Müasir dünyada istəklərimizi reallaşdırmaq üçün gündən-günə inkişaf edən və hər dəfə bizi təəccübləndirməyi bacaran, eyni zamanda həyatımızı asanlaşdıran yeni texnologiyalar köməyimizə çatır.

Texnologiyalar həyatımıza sürətlə daxil olub. Ətrafınıza nəzər salın: texnologiyalar bizə ünsiyyət qurmaqda, işləməkdə, hətta evdən çıxmadan bütün işlərimizi yerindəcə həll etməkdə, bir sözlə həyatımızın böyük bir hissəsində kömək olur.

Onlarla provayder sürətlə dəyişən rəqabət meydanında həyat ritmimizə uyğun sürətli, keyfiyyətli xidmətlərlə qarşımıza çıxır. Bu o deməkdir ki, provayderlər internet bazarına təkcə kabel, peyk, DSL kimi ənənəvi xidmətlərlə yox, həm də fiber-optik kimi yeni həllərlə daxil olurlar. “BİRLink” şirkəti fiber-optik ayrılmış xətlər vasitəsilə kiçik və iri bizneslər üçün yüksək səviyyəli rabitə həllini təmin edir. Bu texnologiyanın müxtəlif xidmətləri mövcuddur. Azərbaycanda ilk dəfə və yeganə olaraq məhz “BİRLink” brendi altında “ENGİNET” şirkəti bu texnologiyanın birbaşa sizin mənzilinizə çəkilməsini nəzərdə tutan FTTH - “Fiber To The Home” (“Evin içinə fiber xətti”) qoşulma üsulunu təqdim edir.

Sual yarana bilər ki, nəyə görə məhz optik lifli kabel? Bu texnologiya provayderlərin təklif etdiyi digər xidmətlərdən hansı xüsusiyyətlərinə görə fərqlənir?

Abunəçilər hər şeydən əvvəl texnologiyanın özü ilə yox, onun gətirdiyi imkanlarla maraqlanırlar. Sürətli informasiya mübadiləsinin getdiyi və zaman qıtlığı yaşadığımız bir vaxtda insanın texnologiyadan əsas gözləntisi nədir? Əlbəttə ki, rahatlıq!

Fiber-optik texnologiyanın məzilinizə gətirdiyi əsas rahatlıq ondan ibarətdir ki, evinizdə quraşdırılan eyni abunəçi qurğusu və eyni lifli optik kabel xətti vasitəsilə müxtəlif xidmətlərimizdən yararlana bilərsiniz. Bu o deməkdir ki, videotelefoniya, IPTV və yaxın gələcəkdə üzə çıxarılacaq onlarla xidməti məhz eyni qurğu təmin edəcək. Əlavə xəttin çəkilməsinə və qurğulardan istifadəyə heç bir ehtiyac qalmayacaq.

Fiber-optik texnologiya dedikdə, ağıla ilk gələn əsas göstərici sürətdir - yəni məlumatların ötürülmə sürəti. Ənənəvi üsullarla müqayisədə sözügedən texnologiya abunəçilərə inanılmaz imkanlar yaradır.

Bu gün internet dünyada müxtəlif kommunikasiya növlərinin onurğa sütununa çevrilir. İnsanlar video-söhbətlər aparmaq, video-çarxlar hazırlamaq və onları canlı yayımlamaq istəyirlər - keyfiyyətli nəticə üçün isə bu informasiyaları problemsiz daşıya biləcək internet xəttinin olması əsasdır. Bu imkanı da sizə FTTH texnologiyası yaradır. İnsanların əksəriyyəti bu gün ev ofisi qurmaqla işlərini evdən görürlər. Bəzi insanlar ən sevdiyi filmləri evdə izləməyi seçirlər. Məhz sürətli interneti təmin edən fiber texnologiyası onların hər istəyini yüksək səviyyədə təmin edir.

Bundan əlavə, DSL və koaksiyal kabeldən fərqli olaraq, fiber optik texnologiya daha böyük informasiyanı daşıma imkanına malikdir. Məsələn, bir cüt ənənəvi qoşulma vasitəsi olan mis kabel 6 telefon zəngini daşıya bilirsə, lifli fiber optik kabel isə 2,5 milyondan çox telefon zəngini özündən keçirmək gücünə malikdir. Fiber-optik texnologiya saniyədə 30 qiqabayt informasiyanı idarə edəcək gücə sahib yeganə texnologiyadır.

Bu gün “Ağıllı Evlər” və “Ağıllı Şəhərlər” fiber texnologiyası üzərində inşa edilir. FTTH üçün təyin olunmuş müxtəlif yeni tətbiqetmələr də var. Beləliklə, FTTH-yə qoşulmaq yeni texnologiyalara daha yaxın olmaq deməkdir. Məsələn, FTTH yaxın gələcəkdə hətta 3D holoqrafik HD televiziya və oyunlar kimi texnologiyaları da dəstəkləyəcək.

Fiber hazırda hər yerdə mövcud olan ən etibarlı telekommunikasiya infrastrukturudur. Bu texnologiya ənənəvi mis kabelə təsir edən bir çox ekoloji amillərdən sığortalanıb. Belə ki, mis kabeldən fərqli olaraq o, paslanmır və daha uzunömürlüdür.

Fiber-optik kabel temperatur dəyişikliyinə daha az həssasdır, hətta suyun altında da işləyir. Uzun məsafələr olsa belə, mis kabeldən fərqli olaraq fiber texnologiyası məlumat siqnallarını itirmir və ya digər informasiya kanalları ilə üst-üstə düşmür.

Fiber həm də ekoloji təmiz texnologiyadır. Bu texnologiyada havaya buraxılan karbonun miqdarı aşağıdır.

Şəxsi fiber-optik xəttinin mövcudluğu BİRLink-ə tələbatları müxtəlif olan istifadəçilərin bütün kateqoriyalarına müxtəlif xidmətlər təklif etmək imkanını yaradır. Bura ilk növbədə, internet şəbəkəsinə sürətli qoşulma, İP televiziya, SIP telefon xidmətləri, statik İP ünvanı, domofonların quraşdırılması və s. daxildir. “Statik ip ünvanı” xidməti isə öz növbəsində, şəxsi serverin yaradılması, kompüterə və videokameralara məsafədən çıxış və nəzarət imkanı və s. deməkdir.

BİRLink ENGİNET milli provayderinin FTTH texnologiyalı brendidir. “BİRLink” ilə indi daha sürətli internetin vaxtıdır! İndi fiber-optik xidməti evinizə qədər gətirmək vaxtıdır!

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • internet
Azernews Newspaper
Digər xəbərlər
Azərbaycanda İLK: Yalnız turistlər üçün hər yerdə internet imkanı yaradıldı
Gündəm 10 Aprel 14:31
Bu mobil brauzer Azərbaycanda uşaqları internetdə zərərli məlumatlardan qoruyacaq
Telekommunikasiya 2 Yanvar 17:53
Yeni ilə etibarlı və keyfiyyətli İnternetlə
Telekommunikasiya 4 Dekabr 2017 11:59
İnternet təminatında fasilələr yarana bilər
Telekommunikasiya 14 Noyabr 2017 16:33
Azərbaycanda internet istifadəçilərinin 23 faizi veb-təhlükə ilə üzləşir
Cəmiyyət 28 Avqust 2017 09:42
"Bakinternet" istifadəçiləri üçün "Təhlükəsiz internet” xidmətinin tətbiqinə başlanıb
Telekommunikasiya 24 Avqust 2017 15:44
İlk internet-məhkəmə fəaliyyətə başladı
Dünya xəbərləri 18 Avqust 2017 10:35
Azərbaycanda “təhlükəsiz internet” xidməti işə salınır
Cəmiyyət 17 Avqust 2017 14:01
Bu rayonlarda internet təchizatında fasilələr ola bilər
Telekommunikasiya 14 Avqust 2017 12:45
34 regionda sürətli və keyfiyyətli internetin təmini üçün yeni layihəyə start verilib
Telekommunikasiya 11 İyul 2017 16:08
Bu gündən Xaqani və Sabir bağlarında internet pulsuzdur
Cəmiyyət 21 İyun 2017 15:10
Azərbaycanın qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq
Telekommunikasiya 16 İyun 2017 12:11
Azərbaycanın internet bazarı Asiya bazarının 0,4 faizini təşkil edir (CƏDVƏL)
Telekommunikasiya 31 Mart 2017 12:10
İnternet sürəti və kəsintilərlə bağlı problemlər nə vaxt aradan qaldırılacaq?
Biznes və iqtisadiyyat xəbərləri 27 Mart 2017 13:13
İnternet xidməti haqqının ödənilməsində yenilik
Telekommunikasiya 6 Mart 2017 16:13
"BİRLink ilə sevgi dolu günlər" başlayır!
Telekommunikasiya 10 Fevral 2017 10:00
Bakının hansı hissələrində havayı Wi-Fi olacaq? - SİYAHI
Cəmiyyət 25 Oktyabr 2016 18:38
Azərbaycan BMT-nin internet üzrə reytinqində mövqelərini yaxşılaşdırıb
Telekommunikasiya 19 Sentyabr 2016 16:30
Ən çox oxunanlar
Modern Diplomacy: İlham Əliyev - İslam dünyasının fenomeni
Modern Diplomacy: İlham Əliyev - İslam dünyasının fenomeni
Rezidentura təhsilini təşkil edə biləcək təhsil müəssisələrinin adları müəyyənləşdirilib
Erməni artistlər fəxri adlardan imtına edirlər
Paytaxtda tıxac var - SƏBƏBİ: bu küçə və prospektlər bağlandı (SİYAHI)
Nəzər nöqtəsi
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...

"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...

Elxan Süleymanov: AŞ PA-da Azərbaycana qarşı korrupsiya iddiaları iflasa uğradı
Deputat: Son 15 ildə Azərbaycan bütün sahələrdə böyük uğurlar əldə edib və bu uğurlar davam etməkdədir
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter