...

"Bakcell" abunəçiləri bölgələrdə 3-cü dəqiqədən sonra pulsuz danışacaqlar

Telekommunikasiya Materials 11 Aprel 2017 17:21 (UTC +04:00)
"Bakcell" abunəçiləri Azərbaycanın bölgələrində 3-cü dəqiqədən sonra pulsuz danışacaqlar
"Bakcell" abunəçiləri bölgələrdə 3-cü dəqiqədən sonra pulsuz danışacaqlar

Bakı. Trend:

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti daha sərfəli YeniDoğma tarifini təqdim edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu yeni tarifin istifadəçiləri şəbəkədaxili zənglərin 3-cü dəqiqəsindən sonra pulsuz danışacaqlar. Zənglərin ilk 3 dəqiqəsi zamanı isə bir dəqiqənin qiyməti 4 qəpik təşkil edir. Ölkədaxili digər zənglərin bir dəqiqəsinin qiyməti də həmçinin 4 qəpik təşkil edir.
Bu sərfəli tarifdən faydalanmaq üçün sadəcə olaraq *138#5#YES kodunu yığmaq və ya YeniDoğma tarifində olan yeni nömrə almaq yetərlidir. Bütün CIN və Klass tarifinin istifadəçiləri həmçinin bu təklifdən yararlana bilərlər.

Qeyd edək ki, pulsuz şəbəkədaxili danışıqlar zəngin 4-cü dəqiqəsindən 30-cu dəqiqəsinə qədər təqdim edilir və bu müddət bitdikdən sonra pulsuz danışığa davam etmək üçün abunəçinin balansından növbəti 3 dəqiqə zamanı vəsait çıxılır. Qiymətlər Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron yarımadasından kənar bölgələrdə qüvvədədir.

"Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində "Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti