Bakı. Trend:
ABŞ-ın Kaliforniya ştatının hakimiyyəti Apple şirkətinə pilotsuz uçan avtomobilləri sınaqdan keçirməyə icazə verib.
Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kaliforniyanın Nəqliyyat vasitələri departamentinin saytında məlumat yerləşdirilib.
Saytda aprelin 14-nə artıq bu icazəni almış şirkətlərin siyahısı qeyd olunub. İcazəni almış şirkətlər arasında Apple-dan başqa Mercedes-Benz, Volkswagen Group of America, Google, Tesla Motors, Ford, BMW, Nissan, Honda və digər şirkətlər var.