...

Nazir İsmayıllıda vətəndaşlarla görüşəcək

Telekommunikasiya Materials 2 May 2017 17:43 (UTC +04:00)
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə vətəndaşlarla görüşəcək.
Nazir İsmayıllıda vətəndaşlarla görüşəcək

Bakı. Trend:

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mayın 5-də saat 12:00-da İsmayıllı şəhərində İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (telefon, internet, televiziya və radio yayımı), poçt xidmətləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlarla görüşəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

İsmayllı rayonunda 020 2854444

Şamaxı rayonunda 020 2651466

Qobustan rayonunda 020 2450122

Ağsu rayonunda 020 2264499 nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti