...

IDC - Bakı regionda ən yaxşı "ağıllı şəhər" praktikasına nümunə ola bilər

Telekommunikasiya Materials 24 İyul 2017 20:31 (UTC +04:00)
Bakıda regionda ən yaxşı "ağıllı şəhər" praktikasına nümunə olmaq üçün bütün şərait var.
IDC - Bakı regionda ən yaxşı "ağıllı şəhər" praktikasına nümunə ola bilər

Bakı. Hüseyn Vəliyev - Trend:

Bakıda regionda ən yaxşı "ağıllı şəhər" praktikasına nümunə olmaq üçün bütün şərait var.

Bunu Trend-ə IDC-nin Mərkəzi Asiya, Azərbaycan və Monqolustan üzrə regional direktoru Andrey Beklemişev deyib.

Onun sözlərinə görə, bunun üçün vahid strategiya, vahid yanaşma lazımdır. Eyni zamanda digər şəhərlərin təcrübəsi və Bakının özəlliklərini nəzərə alaraq rəqəmsal texnologiya vasitəsilə qarşıya qoyulmuş məqsədlərə çatmağın aydın təsəvvürü olmalıdır: "Məhz ağıllı texnologiya qoyulmuş məqsədlərə qısa müddət ərzində minimal xərclərlə çatmağa imkan verir. Sadəcə texnologiya deyil, onların rasionallığı və effektiv istifadəsi şəhəri "ağıllı" edir. Əminəm ki, Bakıda layihələr keyfiyyətli şəkildə həyata keçiriləcək".

Xəbər lenti

Xəbər lenti