...

Yer səthinin məsafədən müşahidəsi xidmətləri ilə bağlı müsabiqənin növbəti mərhələsinin nəticələri açıqlanıb (FOTO)

Telekommunikasiya Materials 3 Noyabr 2017 18:01 (UTC +04:00)
“Azərkosmos” ASC “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” müsabiqəsinin növbəti mərhələsinin nəticələrini elan edib
Yer səthinin məsafədən müşahidəsi xidmətləri ilə bağlı müsabiqənin növbəti mərhələsinin nəticələri açıqlanıb (FOTO)

Bakı. Trend:

Cənubi Qafqazın yeganə peyk operatoru olan “Azərkosmos” ASC növbəti dəfə keçirdiyi “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidə xidmətlərinin təşviqi” müsabiqəsinin nəticələri elan edib.

“Azərkosmos” ASC-dən Trend-ə verilən məlumata görə, ikinci dəfə baş tutan müsabiqənin keçirilməsində əsas məqsəd ötən ilki müsabiqədə olduğu kimi Azersky peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan vermək verməkdir. Müsabqiə çərçivəsində elmi-tədqiqat institutları, universitetlər və elmi tədqiqatla məşğul olan digər qurumlardan ümumiilikdə 21 təklif təqdim edilib.

Müsabiqəyə təqdim edilən layihələr ölkənin davamlı inkişafı naminə elmi təyinatlı olması, təklifin icrasının mümkünlüyü və innovativlik meyarlarına əsasən qiymətləndirilib. Qaliblərin adları 3 noyabr 2017-ci ildə “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində keçirilən, müsabiqənin yekunlarına həsr olunmuş seminar zamanı açıqlanıb. Təqdim olunan təkliflərdən qiymətləndirmənin bütün meyarlarına cavab verən yeddi təklif qalib seçilib. İştirakçıların sorğusuna əsasən Azersky peyki vasitəsilə əldə olunan təsvirlər tədbir zamanı qaliblərə təmənnasız təqdim olunub. Qalib layihələr geologiya, ətraf mühitin çirklənməsi, heyvanat aləminin tədqiqi və digər sahələri əhatə edir. Qeyd edək ki, müsabiqənin qalibləri onlara təqdim olunan təsvirləri növbəti 12 ay ərzində elmi tədqiqatlarında tətbiq edəcək və daha sonra əldə olunmuş elmi nəticələr ictimaiyyətə açıqlanacaq.

Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. Daha ətraflı məlumatı “www.azercosmos.com” internet səhifəsindən ala bilərsiniz

Məqalədə:
Xəbər lenti

Xəbər lenti