...

Azərbaycan Avropa Komissiyasına layihə təklifləri təqdim edəcək

Telekommunikasiya Materials 4 Fevral 2018 22:37 (UTC +04:00)
Avropa Komissiyası Avropa İttifaqı və “Şərq tərəfdaşlığı” ölkələrinin rəqəmsal bazarlarının uyğunlaşdırılması təşəbbüsü (HDM Initiative) çərçivəsində 2018-2020-ci illərdə 6 milyon avro ayıracaq.
Azərbaycan Avropa Komissiyasına layihə təklifləri təqdim edəcək

Bakı. Hüseyn Vəliyev - Trend:

Avropa Komissiyası Avropa İttifaqı və “Şərq tərəfdaşlığı” ölkələrinin rəqəmsal bazarlarının uyğunlaşdırılması təşəbbüsü (HDM Initiative) çərçivəsində 2018-2020-ci illərdə 6 milyon avro ayıracaq.

Bunu Trend-ə Regional İnformasiya Texnologiyaları Akademiyasının (RITA) direktoru Tofiq Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycan “HDM Initiative”in tələblərinə uyğun olaraq bir sıra layihə təklifləri hazırlayıb və onlar maliyyələşmə üçün Avropa Komissiyasına təqdim olunacaq. Layihələr elektron gömrük, elektron ticarət, elektron biznes, elektron təhlükəsizlik, elektron səhiyyə kimi istiqamətlər üzrə hazırlanıb.

Qeyd edək ki, “HDM Initiative” qanunvericilik bazasının formalaşdırılması, gömrük prosedurlarının təkmilləşdirilməsi, ticarət üçün proqram təminatının tətbiqi məsələlərinin həllinə yönəldilib. Bu təşəbbüs sahibkarların ticarət əməliyyatları keçirə bilməsi üçün vahid rəqəmsal məkanın yaradılmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti