...

Azərbaycan rəqəmli bazarların uyğunlaşdırılmasına dair plenar iclasda təmsil olunub

Telekommunikasiya Materials 21 İyun 2018 19:14 (UTC +04:00)
Rəqəmli iqtisadiyyat və rəqəmli texnologiyalar üzrə nazirlərin iştirakı ilə rəqəmli bazarların uyğunlaşdırılmasına dair plenar iclas keçirilib.
Azərbaycan rəqəmli bazarların uyğunlaşdırılmasına dair plenar iclasda təmsil olunub

Bakı. Trend:

Belarusun paytaxtı Minsk şəhərində Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin qeyri-rəsmi dialoqlarının 10-cu görüşü çərçivəsində rəqəmli iqtisadiyyat və rəqəmli texnologiyalar üzrə nazirlərin iştirakı ilə rəqəmli bazarların uyğunlaşdırılmasına dair plenar iclas keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə nazir müavini Elmir Vəlizadənin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Belarusun rabitə və informasiya naziri Sergey Popkov plenar iclasda qaldırılan məsələlərin yüksək səviyyədə müzakirə olunmasının Şərq Tərəfdaşlığı ölkələrində inkişaf və əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyini qeyd edib.

İclasda rominq tariflərinin uzlaşdırılması, kibertəhlükəsizlik, rəqəmli bazarların uyğunlaşdırılması, habelə genişzolaqlı rabitənin inkişafı ilə bağlı məsələlərə dair müzakirələr aparılıb.

Tədbirdə Aİ-nin Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han, rəqəmli iqtisadiyyat və cəmiyyət üzrə komissar Mariya Qabriel və ŞT ölkələrinin müvafiq sahə üzrə nazir və nazir müavinləri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti