...

Azərbaycanın Safezone GPS şirkəti dünyanın TOP-50 aparıcı İKT şirkətlərinə daxil olub (FOTO)

Telekommunikasiya Materials 15 Mart 2021 16:39 (UTC +04:00)
Azərbaycanın Safezone GPS şirkəti dünyanın TOP-50 aparıcı İKT şirkətlərinə daxil olub (FOTO)

Bakı. Trend:

Dünyanın aparıcı GPS izləmə platforması olan "Wialon" Mart ayı üzrə TOP-50 şirkətlərin siyahısını açıqlayıb. Siyahıda "Safezone GPS" MMC şirkəti də yer almaqdadır. İlk 50-likdə Niderland, Rusiya və Ukrayna şirkətlərini geridə qoyan yerli şirkət 47-ci pillədə qərarlaşıb. Nəzərinizə çatdıraq ki, Wialon GPS platforması dünyanın 130 ölkəsində, 1900-dən çox şirkətlə, 2 700 000 ədəd obyekt üzrə əməkdaşlıq etməkdədir.

Qeyd edək ki, Safezone GPS izləmə şirkəti avtomobillərin real vaxt rejimində izlənilməsi xidmətini həyata keçirir.
Şirkətin təsisçisi Səddam Ələsgərov:

- TOP-50 şirkətləri siyahısında "Safezone GPS" MMC-i görmək hər birimiz üçün sevindirici haldır. Əldə olunan nəticə "Hədəfimizin başlanğıcı"-dır. Cari ilin sonuna qədər daha çox müştəriyə xidmət göstərməklə TOP-50 siyahıda daha ön pillələrdə yer tutmağı hədəflələmişik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti