...

CBC radiosunun Qarabağda yayımı başlayıb

Telekommunikasiya Materials 8 May 2021 14:46 (UTC +04:00)
CBC radiosunun Qarabağda yayımı başlayıb

Bakı. Trend:

CBC radiosunun “Azerspace” peyki üzərindən və Şuşa Radio-Televiziya Yayım Stansiyasından yerüstü yayımı təmin edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, sözügedən radio proqramının Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Goranboy, Göyçay, Qəbələ rayonları, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin edilib.

Eyni zamanda, 30 dekabr 2020-ci il tarixindən Şuşa RTYS-dən 11 TV və 2 FM radio, o cümlədən CBC TV proqramının yayımına başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti