...

Yeni iPhone SE-nin texniki xüsusiyyətləri açıqlanıb

Telekommunikasiya 19 Yanvar 2022 07:38 (UTC +04:00)
Yeni iPhone SE-nin texniki xüsusiyyətləri açıqlanıb

Bakı. Trend:

Apple korporasiyasının yeni iPhone SE smartfonu 4,7 düymlük ekranla təchiz olunacaq və 5G - beşinci nəsil şəbəkələri dəstəkləyəcək.

Trend xəbər verir ki, bunu öz "Twitter" hesabında məşhur analitik Ross Yanq bildirib.

Onun sözlərinə görə, SE seriyasının növbəti modeli 4,7 düymlük IPS displeylə təchiz ediləcək. Analitik həmçinin smartfonun digər xüsusiyyətlərini sadalayıb: cihaz bütün yeni iPhone-lar kimi 5G dəstəyinə malik olacaq.

Smartfonun dizaynı dəyişməz qalacaq: çərçivəli ekran, Touch ID barmaq izi sensorlu Home düyməsi və tək kamera.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti