...

"Facebook"un işində qüsurlar yaranıb

Telekommunikasiya Materials 1 Mart 2022 07:29 (UTC +04:00)
"Facebook"un işində qüsurlar yaranıb

Bakı. Trend:

"Facebook" sosial şəbəkəsinin işində bir neçə ölkədə nasazlıqlar müşahidə olunur.

Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidmətinin saytında məlumat verilib.

Nasazlıqlar ən çox ABŞ, Böyük Britaniya, Avstraliya və Fransada qeydə alınıb.

Məlumata əsasən, istifadəçilər saytın işində, mobil tətbiqdə və hesab daxil olan zaman problemlərlə üzləşiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti