...

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda internet infrastrukturunun yaradılmasına investisiya qoyur

Telekommunikasiya Materials 28 Aprel 2022 12:02 (UTC +04:00)
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda internet infrastrukturunun yaradılmasına investisiya qoyur
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2022-ci ildən "Aztelekom" və "Baktelecom"la birgə Bakıda və regionlarda internet infrastrukturunun yaradılmasına investisiya qoymağa başlayıb.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, 2024-cü ilin sonunadək Azərbaycanın bütün ərazisi yüksəksürətli internetlə təmin ediləcək.

"Bu infrastrukturun yaradılmasına investisiyalar dövlət-özəl tərəfdaşlığı çərçivəsində həm nazirliyimiz tərəfindən, həm də "Aztelekom" və "Baktelecom" vəsaitləri hesabına qoyulur", - deyə nazir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti