...

Bu bölgələrdə internetin qiyməti aşağı olacaq

Telekommunikasiya Materials 28 Aprel 2022 12:12 (UTC +04:00)
Bu bölgələrdə internetin qiyməti aşağı olacaq
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin sonunadək bütün Azərbaycan ərazisini internetlə təmin etmək planlaşdırılır. Alıcılıq qabiliyyətinin aşağı olduğu bölgələrdə internet tarifləri aşağı olacaq.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusunda konfransda deyib.

Nazir bildirib ki, bu gün Azərbaycan bazarında internet xidmətləri göstərən 60-a yaxın şirkət var. Həmin provayderlər əhalinin internetlə təmin olunması ilə yanaşı, həmçinin əlavə mənfəət gətirən layihələrə də diqqət ayırırlar.

"Bildiyiniz kimi, 2024-cü ilin sonunadək bütün Azərbaycan ərazisini internetlə təmin etmək planlaşdırılır. Alıcılıq qabiliyyətinin aşağı olduğu bölgələrdə internet tarifləri aşağı olacaq, itkilər isə "Aztelekom" və "Baktelecom"un vəsaitləri hesabına qarşılanacaq. Şirkətlərin kapital balansına dəstək üçün dövlət subsidiyaları nəzərdə tutulur", - deyə nazir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti