...

2024-cü ilin sonuna qədər Azərbaycanda bütün evlərə, ucqar kəndlərə fiberoptik kabellər çəkiləcək - Rəşad Nəbiyev

Telekommunikasiya Materials 21 Noyabr 2022 11:15 (UTC +04:00)
2024-cü ilin sonuna qədər Azərbaycanda bütün evlərə, ucqar kəndlərə fiberoptik kabellər çəkiləcək - Rəşad Nəbiyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbaycanda 472 min evə fiberoptik kabel çəkilib və 2024-cü ilin sonuna qədər Azərbaycanda bütün evlərə, ucqar kəndlərə fiberoptik kabellər çəkiləcək.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev noyabrın 21-də “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan unversitetlərini hər il İT ixisasları ilə 3 minə qədər tələbə bitirir. “Biz çalışacağıq ki, digər ixtisaslardan olan tələbələrə, məsələn, fizika, riyaziyyat üzrə tələbələrə də təlimlər keçməklə İT ixtisası üzrə tələbələrin sayını artıraq. Azərbaycanda bu sahədə mütəxəssisə ehtiyac var. İsrail universiteti ilə razılaşmamız var, yaxın illərdə universitet tərəfindən təhlükəsizlik üzrə 932 mütəxəssis hazırlanacaq və bu sahədə mütəxəssislərin yetişdirilməsi davam etdiriləcək”, - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti