AI agentləri yaxın 5 ildə ödənişləri də icra edəcəklər – Visa

Telekommunikasiya Materials 9 İyun 2026 12:41 (UTC +04:00)
AI agentləri yaxın 5 ildə ödənişləri də icra edəcəklər – Visa
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın 5 il ərzində süni intellekt (AI) agentləri istifadəçilərə təkcə məhsul və xidmətlərin seçilməsində deyil, həm də sifariş və ödənişlərin həyata keçirilməsində kömək edəcək.

Trend xəbər verir ki, bunu “Visa”nın Müstəqil Dövlətlər Birliyi və Cənub-Şərqi Avropa regionu üzrə Rəqəmsal Həllər bölməsinin baş direktoru Sergiy Frantsishko Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə deyib.

O bildirib ki, hazırda elektron ticarət sürətlə inkişaf edir və ödəniş sahəsində əsas meyillərdən biri “mobile-first” davranış modelinin formalaşmasıdır: "İnsanlar artıq ödənişlər də daxil olmaqla bir çox əməliyyatları mobil cihazlar və geyilə bilən texnologiyalar vasitəsilə həyata keçirirlər. Regionda nağdsız ödənişlərin artmasına baxmayaraq, nağd əməliyyatların hələ də yüksək payı qalmaqdadır və bu, inkişaf üçün böyük potensial yaradır. Düzgün qurulmuş ödəniş ekosistemi sayəsində ölkələr bəzi mərhələləri “atlayaraq” daha inkişaf etmiş rəqəmsal həllərə keçid edə bilərlər".

Visa rəsmisi vurğulayıb ki, gələcəyin ödəniş sənayesi tokenizasiya, credentials (kimlik məlumatlarının) qorunması, Passkeys texnologiyası və süni intellekt (AI) infrastrukturuna yatırımlardan asılı olacaq: "Yaxın 5 il ərzində süni intellekt agentləri istifadəçilərə təkcə məhsul və xidmətlərin seçilməsində deyil, həm də sifariş və ödənişlərin həyata keçirilməsində kömək edəcək. Lakin bu proses istifadəçinin razılığı (consent) əsasında baş verəcək".

Frantsishko bildirib ki, AI agentləri istifadəçilərin gündəlik işlərini – səyahət planlaması, biletlərin alınması, otel və nəqliyyatın sifarişi kimi tapşırıqları onların göstərişi əsasında avtomatik yerinə yetirə biləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti