...

İRAN KANALLARININ AZƏRBAYCANIN TELEMƏKANINA MÜDAXİLƏSİNİN QARŞISININ ALINMASI BARƏDƏ PROTOKOL İMZALANACAQ

Telekommunikasiya Materials 8 İyul 2005 17:52 (UTC +04:00)

Azərbaycan İranla bu ölkənin telekanallarının Azərbğaycanın teleməkanına müdaxiləsi faktı üzrə protokol imzalayacaq. Bu barədə rabitə telekommunikasiya texnologiyaları naziri Əli Abbasov iyulun 8-də keçirilən mətbuat konfransında məlumat verib.

Nazir qeyd edib ki, iyunun ilk günlərində İrana səfəri zamanı İranın Azərbaycanla sərhəddi yaxınlığında quraşdırılmış iki ötürücüsünün istiqamətinin dəyişdirilməsi və texniki gücünün aşağı salınması barədə razılıq əldə olunub.

"Yaxın vaxtlaradək bu məsələ ilə bağlı müvafiq protokolun imzalanması planlaşdırılır", -deyə Ə.Abbasov bildirib.

İranla danışıqların gedişində həmçinin İran kanallarının Azərbaycan efirinə müdaxiləsi faktının öyrənilməsi üzrə xüsusi komissiyanın yaradılması barədə qərar qəbul edilib.

Naziri fikrincə, Ağsuda yeni teleqüllənin istismara verilməsi ndən sonra həm İranın, həm də Ermənistanın kanallarının yayımı dayandırılacaq. "Artıq gələn həftədən stansiyada eksperimental yayımlar başlanacaq".

Xəbər lenti

Xəbər lenti