...

AYİB-IN NÜMAYƏNDƏSİ BAKIDADIR

Telekommunikasiya Materials 8 İyul 2005 18:34 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) məsləhətçisi, İrlandiyanın Pathfinder International Partners Ltd. Şirkətinin direktoru Frank Hanniqan birgünlük səfərlə Bakıdadır.

Bu barədə Trend ə Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin strateji planlaşdırma və elmi potensial şöbəsinin rəhbəri Rüfət Gülməmmədov məlumat verib.

Onun sözlərinə görə, Rabitə Nazirliyində Hanniqanla Sinam, R.I.S.K., Azeronline, Azeurotel, Azel və digjər şirkətlərin nümayəndələrinin görüşü keçirilib. Hanniqan Azərbaycan EA-nın informasiya texnologiyaları institutnun nümayəndələri ilə də görüşüb.

Görüşlərdə Azərbaycanda İnformasiya Texnologiyaları (IT) sahəsində biznes inkubatorların yaradılması və bu istiqamətdə yerli şirkətlərlə əməkdaşlıq olub.

F.Hanniqanın səfəri məqsədi tanınmış beynəlxalq mütəxəssislərin məsləhətləşmələri vasitəsilə potensial inkişaf edən və açıq şirkətlərin dəstəklənməsi olan AYİB-in TAM (Tern Around Management) proqramı çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti