...

AZƏRBAYCANIN REGİONLARINDA YENİ POÇT ŞÖBƏLƏRİ İSTİFADƏYƏ VERİLİB

Telekommunikasiya Materials 9 İyul 2005 13:33 (UTC +04:00)

İyulun 8-də Azərbaycanın bir sıra regionlarında yeni poçt şöbələri açılıb. Rabitə və informasiya texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata görə, yeni binalar Yevlaxın Səmədabad, Malbinəsi, Xanabad, Qaraməmmədli, Lerikin Şingədulan kəndlərində açılıb.

Rabitə Nazirliyindən bildiriblər ki, bundan əvvəl Hacıqabul rayonunun Nəvahi, Rəncbər, Quba rayonunun Vəlvələ, Vladimirovka, Şəmkir rayonunun Abbaslı, Şiştəpə, Çaparlı, Biləsuvar rayonunun İsmətli, Astara rayonunun Ziyakürd, Təngəlyurd, Balakənin Qaysa, Qullar kəndlərində analoji obyektlər istifadəyə verilib.

Obyektlərin açılışında Nazirliyin, Azərpoçt Dövlət Şirkətinin, eləcə də yuxarıda göstərilən rayonların İcra Hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti