...

AZTELEKOM MASALLI MƏRKƏZİ ATS-NIN YENİDƏN QURULMASI ÜZRƏ TENDER ELAN EDİB

Telekommunikasiya Materials 12 İyul 2005 14:02 (UTC +04:00)

Aztelekom İstehsalat Birliyi (İB) Masallı rayonunun mərkəzi telefon stansiyasının yenidən qurulması ilə bağlı işlərə başlayıb. Rabitə və informasiya texnologiyaları Nazirliyinin tərkibinə daxil olan Aztelekom İB-dən Trend ə verilən məlumata görə, yenidənqurma işləri üçün tender elan edilib.

Tenderdə marağı olan şirkətlər 2500 dollar ölçüsündə hesaba məbləğ köçürməli və cari ilin avqustun 18-nə kimi təkliflərini təqdim etməlidirlər. Tender proseduraları Masallı Telekommunikasiya Qovşağı İdarəsində (TQİ) keçiriləcək.

Yenidənqurma işləri ilin sonuna kimi həyata keəçiriləcək.

Yuxarıda göstərilən işlər 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramına, eləcə də Rabitə və informasiya texnologiyaları Nazirliyinin tədbirlər planına əsasən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti