...

AZƏRBAYCAN RADİO RESURLARI ÜZRƏ KONFRANSDA İŞTİRAK EDİR

Telekommunikasiya Materials 12 İyul 2005 16:58 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Elektrorabitə İttifaqı (MSG-ITU International Communications Union ) tərəfindən təşkil olunmuş beynəlxalq konfransda iştirak edir. Dövlət radio tezlikləri idarəsindən (DRTİ) Trend agentliyinə verilən məlumata əsasən, tədbirdə DRTİ-nin radio tezliklərinin müdiri Adil Məhsimov iştirak edir.

İyulun 12-dən 15-ə kimi Kiyevdə davam edəcək tədbir radio resurslarının səmərəli istifadəsinə həsr olunub.

DRTİ-də həmçinin onu da bildiriblər ki, konfransda dünyanın müxtəlif ölkələrindən bu istiqamət üzrə ixtisaslaşmış nümayəndələrin iştirakı, o cümlədən onların avtomatlaşdırmanın imkanları və onun radio resurlarına tətbiq edilməsinə dair prezentasiyalarla çıxış edəcəkləri gözlənilir.

Xəbər lenti

Xəbər lenti