...

"AZƏRBAYCAN POÇTU VƏ İNKİŞAF YOLLARI" MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Telekommunikasiya Materials 14 İyul 2005 20:28 (UTC +04:00)

İyulun 14-də Sumqayıtda "Azərbaycan poçtu və inkişaf yolları" mövzusunda elmi-təcrübi konfrans keçirilib. Azərpoct DM direktorunun müavini Sübhan Kazımov Trend agentliyinə bildirib ki, bu tədbir rabitə və informasiya texnologiyaları nazirliyi tərəfindən təşkil edilib.

Konfransın keçirilməsində məqsəd Azərbaycanda poçt rabitəsinin hazırkı vəziyyəti, onun inkişafının mümkün yolları, həm paytaxtda, həm də regionlarda poçt rabitəsinin təkmilləşdirilməsinə dair müzakirələrin aparılmasıdır.

Konfransda rabitə Nazirliyinin, tədris strukturlarının, Sumqayıt şəhər İcra hakimiyyəti nümayəndələri, alimlər, şimal regionlarındakı rabitə müəssisələrinin rəhbər işçilərindən ibarət ümumilikdə təxminən 70 nəfər iştirak edib.

Xəbər lenti

Xəbər lenti