...

RABİTƏ NAZİRLİYİ YENİ STANSİYADA SINAQ YAYIMLARI APARIR

Telekommunikasiya Materials 20 İyul 2005 16:11 (UTC +04:00)

Rabitə və İnformasiya texnologiyaları Nazirliyi müəssisələrinin tərkibinə daxil olan Teleradio İstehsalat Birliyi (İB) Ağsudakı yeni teleradio stansiyasında sınaq yayımlarına başlayıb. İB-nin baş direktoru İlham Əhədovun Trend ə verdiyi məlumatda bildirilir ki, sınaq yayımlarının aparılmasında əsas məqsəd stansiyanın texniki avadanlığının yoxlanılmasıdır.

İ.Əhədov həmçinin bildirib ki, dəniz səviyyəsindən 840 metr yüksəklikdə yerləşən stansiyada tikinti-quraşdırma işlərinin iyulun sonlarında başa çatacağı gözlənilir.

Stansiyada AzTI-1-in və ictimai televiziyanın yayımı üçün ötürücülər quraşdırılıb. Stansiya istismara verildikdən sonra proqramların ölkə ərazisinin 50-60%-nə yayımı mümkün olacaq. Ağsudakı teleradio stansiyasının ümumi dəyəri 2 milyon ABŞ dollarıdır.

Xəbər lenti

Xəbər lenti