...

RABİTƏ NAZİRLİYİ POÇT RABİTƏSİ SAHƏSİNDƏ MARKETİNQ MƏSƏLƏLƏRİNƏ DAİR SEMİNAR KEÇİRİR

Telekommunikasiya Materials 23 İyul 2005 14:25 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi poçt rabitəsi sahəsində marketinq məsələlərinə dair seminar keçirməyi planlaşdırır. Rabitə Nazirliyinin poçt şöbəsinin müdiri Novruz Məmmədovun Trend ə bildirdiyinə görə, tədbirin cari ilin avqustunda keçiriləcəyi nəzərdə tutulur, lakin dəqiq tarix hələlik müəyyənləşdirilməyib.

N.Məmmədovun sözlərinə görə, həftə ərzində davam edəcək tədbirdə Gürcüstan və Azərbaycanın poçt xidmətləri sahəsində çalışan mütəxəssislər iştirak edəcəklər.

Seminarda Azərbaycan tərəfindən Azərpoct DM şöbə müdirlərinin iştirakı planlaşdırılır.

Seminarın işində poçt bazarının öyrənilməsi, yeni xidmətlərin tətbiqi, müştərilərə yeni və müasir xidmətlərin və s. göstərilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti