...

SENTYABR AYINDAN ETİBARƏN AZƏRPOCT WESTERN UNION VƏ TRAIELEX SİSTEMLƏRİ ÜZRƏ PUL KÖÇÜRMƏLƏRİNİ HƏYATA KEÇİRƏ BİLƏCƏK

Telekommunikasiya Materials 25 İyul 2005 13:00 (UTC +04:00)

Sentyabrdan etibarən Azərpoçt DM-in poçt şəbəkəsində Western Union və Travelex sistemləri üzrə pul köçürmələrini həyata keçirimək mümkün olacaq. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata görə, hazırda müəssisədə pul ödənişləri sisteminin həyata keçirilməsi üzrə işlər aparılır.

Poçt pul köçürmələri sisteminin tətbiq olunmasının texniki tərəfindən başqa, bir müddət bu sistemdə iş təcrübəsinin artırılması məqsədilə DM əməkdaşları üçün treninqlər keçirilirdi.

Azərpoçtla Western Union və Travelex beynəlxalq pul köçürmə sistemləri arasında Azərbaycanın poçt şəbəkəsinə daxil edilməsinə dair saziş cari ilin may ayının əvvəlində bağlanılıb.

"Poçt şəbəkəsində bu xidmətlər tətbiq edildikdən sonra sentyabr ayından etibarən dünyanın istənilən nöqtəsindən 15-20 dəqiqə ərzində pul köçürmələrinin həyata keçirilməsi mümkün olacaq", - deyə nazirlikdə bildirilib.

Nazirlikdən həmçinin onu da qeyd ediblər ki, Western Union və Travelex sistemlərinin köməyi ilə pul köçürmə əməliyyatlarını respublikanın paytaxtında, daha sonra isə Azərbaycanın regionlarında həyata keçirmək planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti