...

BİR HƏFTƏ ƏRZİNDƏ CATEL BAKIDA 2 EKSPRESS MƏRKƏZİ AÇACAQ

Telekommunikasiya Materials 26 İyul 2005 13:45 (UTC +04:00)

Gələn həftə ərzində Catel azərbaycan-amerika birgə şirkəti (Caspian American Telecommunications, LLC) paytaxtda iki ekspress mərkəzi açacaq. Omnitel distribütor şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Yeganə Məmmədovanın Trend ə bildirdiyi kimi, iyulun 22 və 23-də artıq iki belə obyekt istismara verilib.

Y.Məmmədovanın sözlərinə görə, avqustda Catel simsiz rabitənin mümkün olduğu ölkə regionlarında, xüsusilə Gəncə, Sumqayıt və Nabranda belə obyektlər açılacaq. Ölkədə bu obyektlərin açılmasında məqsəd rabitə sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasından ibarətdir.

Qeyd olunan obyektlərin açılması abunəçilərə xidmətlər şəbəkəsinin təşkil olunması ilə əlaqədar bu günlərdə Omnitel i Catel abunəçiləri arasında sazişin imzalanmasıdan sonra mümkün olub.

Bundan başqa, hazırda BM Hövsanda 2000 nömrəyə malik yeni stansiyada quraşdırma işləri aparır.

Qeyd edək ki, belə stansiyalar Qaraçuxur, Yasamal, Biləcəri və Əhmədli qəsəbələrində də tikilib.

Xəbər lenti

Xəbər lenti