...

AZTELEKOM İB TENDER ELAN EDİB

Telekommunikasiya Materials 30 İyul 2005 14:34 (UTC +04:00)

Rabitə və informasiya texnologiyaları nazirliyinin tərkibinə daxil olan Aztelekom İstehsalat Birliyi (İB) növbəti tenderi elan edib.İB-də Trend agentliyinə bildirilib ki, tenderin mövzusu Xaçmaz şəhərində mərkəzi telefon stansiyasının tam yenidənqurulmasıdır.

Maraqlanan şirkətlər avqustun 30-dək öz tender təkliflərini təqdim etməlidir. Tender təklifləri sentyabrın 1-də açılacaq.

"ATS -nin yenidənqurulması üzrə işlərin cari ilin sonunadək həyata keçirilməsi planlaşdırılır" - deyə İB-də bildirilib.Bundan başqa, İB Masallı və Sabirabad rayonlarında da mərkəzi ATS üçün anoloji tenderlər elan edib.

Xəbər lenti

Xəbər lenti