...

BEYNƏLXALQ DANIŞIQ XİDMƏTLƏRİ 8,4% ARTIB

Telekommunikasiya Materials 1 Avqust 2005 11:37 (UTC +04:00)

Cari ilin əvvəlindən başlayaraq beynəlxalq və şəhərlərarası danışıq xidmətləri 8,4% artıb. Trend in məlumatına görə, bu barədə Aztelekom İstehsalat birliyinin rəisi Məhəmməd Məmmədov bildirib.

Onun sözlərinə görə, rabitənin keyfiyyətinin artılırlması üzrə aparılmış işlər nəticəsində daxil olan beynəlxalq zənglərin həcmi 29,7% və ya 23,5 mln dəqiqə, göndərilən zənglərin isə - 27,8% və ya 5,3 mln dəqiqə artıb.

İB-nin rəhbəri həmçinin onu da bildirib ki, bu dövr ərzində 22 telekommunikasiya şəbəkəsindən Aztelekom.net dövlət provayderinin şəbəkəsinə parolsuz giriş təmin olunub və birinci yarımildə göstərilən xidmətlərdən 1185,5 mln manat gəlir əldə edilib. Hazırda şəbəkə istifadəçilərinin sayı 13 mindən artıqdır.

Bu dövr ərzində telefon stansiyalarının bərpası üzrə işlər davam etdirilib, xüsusilə Yevlax rayonunda telefon rabitəsi tamamilə elektronlaşdırılıb. 17 rayonda 5632 nömrə tutumlu yeni ATS-lər istismara verilib.

Xəbər lenti

Xəbər lenti