...

RABİTƏ NAZİRLİYİNDƏ ÖLKƏ REGİONLARINDA ATS-LƏRİN GENİŞLƏNDİRİMƏSİ ÜZRƏ İŞLƏR APARILIR

Telekommunikasiya Materials 12 Avqust 2005 17:12 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi regionlarda avtomat telefon stansiyalarının tutumunun genişləndirilməsi üzrə işlər aparır. Rabitə Nazirliyindən Trend ə verilən məlumata görə, bu məqsədlə Şamaxıda bir sıra tədbirlər həyata keçirilib. Rabitə Nazirliyindən həmçinin bildiriblər ki, bu işlər rayonda rabitə xidmətinin və onun keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilib.

Hazırda Şamaxı rayonundakı kənd ATS-nə əlavə 450 nömrə verilib.Cahan və Sabir kəndlərinə əlavə 200 telefon nömrəsi, Bağırlı, Quşçuya 150 nömrə və yerdə qalan 100 nömrə Mirikənd kəndinə ayrılıb.

Rabitə Nazirliyindən bildiriblər ki, analoji tədbirlər 2004-2008-ci illərdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramına müvafiq olaraq mərhələli qaydada bir il ərzində ölkənin digər regionlarında da həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti