...

TELERADİO İSTEHSALAT BİRLİYİ İLİN SONUNA QƏDƏR İT-NİN ÖLKƏ ƏRAZİSİNİN 98%-NƏ YAYIMLANMASINI TƏMİN EDƏCƏK

Telekommunikasiya Materials 15 Avqust 2005 14:12 (UTC +04:00)

2005-ci ilin sonuna qədər Teleradio İB İctimai Televiziyanın (İT) Azərbaycan ərazisinin 98%-nə yayımlanmasını təmin edəcək. İB-nin texniki şöbə müdiri İlham Əfəndiyevin Trend ə bildirdiyi kimi, bu dövr ərzində ölkənin müxtəlif regionlarında 14 ötürücünün quraşdırılması planlaşdırılır.

Onun sözlərinə görə, İT-nin yayımlanmasının təmin olunması ilin əvvəlində Ağsuda (yeni teleradiostansiyada) 10 Kvatt, Bakıda 5 Kvatt, Lerikdə 3 Kvatt, Gəncə, Şəki və Xaçmazda isə 3 Kvatt gücündə quraşdırılmış 6 ötürücünün hesabına mümkün olacaq. "Bu (işlərin birinci mərhələsi), İT-nin respublikanın 70-75% ərazisinə yayımlanması deməkdir", - deyə İ.Əfəndiyev qeyd edib.

İT-nin Naxçıvan Muxtar Respublikasında və Zaqatala-Balakəndə yayımlanmasının mümkünlüyü məsələsinə toxunan İB rəhbəri bildirib ki, NMR-də bu yaxın perspektivlərdə peyk rabitəsi vasitəsilə və Şəkidə ölkənin şimal rayonları üçün ötürücülərin quraşdırılmasından sonra mümkün olacaq.

İ.Əfəndiyev həmçinin onu da vurğulayıb ki, İB-də İT-nin yayımlanmasının təmin olunması ilə bağlı bütün işlər həyata keçirilib. "Biz bu gündən etibarən İT-nin yayımlanmasına hazırıq", - deyə şöbə müdiri bildirib.

Xəbər lenti

Xəbər lenti