...

İNFORMASİYA TEXNOLOGİYALARI İNSTİTUTU TELEFON XİDMƏTİ OPERATORLARININ ÜZƏRİNDƏ NƏZARƏT SİSTEMİNİN TƏTBİQİ ÜÇÜN İŞLƏR APARIR

Telekommunikasiya Materials 19 Avqust 2005 14:43 (UTC +04:00)

Azərbaycan Elmlər Akademiyasının İnformasiya texnologiyaları İnstitutu (İTİ) eni stistemin tətbiqi ilə bağlı işlər aparır. İTİ-nun şöbə müdiri Bikəs Ağayev "Trendə bilidirb ki sistem iş yerlərində telefon xidməti operatorları üzərində nəzarətin həyata keçirilməsini nəzərdə tutur.

Onun sözlərinə görə, Aztelekom İstehsalat Birliyinin sifarişi ilə həyata keçirilən sistemin əsas məqsədi operatorların abonentlərə göstərdiyi rabitə xidməti üzrə həyata keçirilən bütün əməliyyatların qeydə alınmasıdır.

"Yeni sistemin üstünlüyü ondan ibarətdir ki, onun köməyi ilə operator xidmətlərinin peşəkar səviyyəsi və keyfiyyətinin artırılması, bu və ya digər operatorun işin gedişi zamanı fəaliyyətini izləməkdir", - deyə İTİ-nin nümayəndəsi bildirib. Bütün həyata keçiriləcək işlər on-line rejimində qeydə alınacaq.

"İndiyə kimi abonentlərdən məsələnbeynəlxalq danışıqlar üçün məbləğin qeyri-dəqiqliyi ilə bağlı daxil olan şikayət və müraciətləri bundan sonra tədqiq etmək və araşdırmaq mümkün olacaq", -deyə şöbə müdiri qeyd edib.

B.Ağayev həmçinin qeyd edib ki, hazırda bu sistemə keçid üzrə təcrübə işləri başa çatıb və texnoloji prosesin başa çatdırılması üzrə işlər davam edir.

Xəbər lenti

Xəbər lenti