...

AZTELEKOM NAFTALAN VƏ GORANBOY TELEKOMMUNİKASİYA QOVŞAQLARINDA AVADANLIQLARIN QURAŞDIRILMASI ÜZRƏ İŞLƏR APARIR

Telekommunikasiya Materials 20 Avqust 2005 14:11 (UTC +04:00)

Aztelekom İB Naftalan və Goranboy Telekommunikasiya Qovşaqlarının (TKQ) tam elektronlaşdırılması üzrə işlər aparır. Aztelekom-un investisiya şöbəsindən Trend ə bildirildiyi kimi, hazırda ATS binalarının inşası və kabellərin quraşdırılması üzrə işlər gedir. "Artıq TKQ-də avadanlıqların quraşdırılması mərhələsi başlayıb", - deyə İB-də qeyd ediblər.

İB-də həmçinin onu da bildiriblər ki, Naftalan və Goranboy TKQ-nin tam elektronlaşdırılması üzrə işlərin cari ilin oktyabr ayında başa çatdırılması planlaşdırılır.

Qeyd etmək lazımdır ki, Naftalan şəhər ATS-nin bərpasının daxil olduğu, TKQ-nin tam elektronlaşdırılması üzrə işlər Sloveniyanın İskratel, Goranboy Mərkəzi rayon ATS-nin elektronlaşdırılması - Çinin Huawei Tech investment, Goranboy TKQ telefon şəbəkəsinin tam elektronlaşdırılması Türkiyənin Karel şirkəti tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti