...

RABİTƏ NAZİRLİYİ İNFORMASİYALI CƏMİYYƏTƏ DAİR ÜMUMDÜNYA SAMMİTİNİN TUNİS MƏRHƏLƏSİ ÜZRƏ HAZIRLIQ KOMİTƏSİNİN III İCLASINDA İŞTİRAK ETMƏYƏ HAZIRDIR

Telekommunikasiya Materials 22 Avqust 2005 17:12 (UTC +04:00)

Azrbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiyalı cəmiyyətə dair ümüdünya sammitinin Tunis mərhələsi üzrə hazırlıq komitəsinin III iclasında iştirak etməyə hazırdır.

Nazirliyin informasiya texnologiyaları şöbəsinin müdiri, İnformasiyalı Cəmiyyətə dair Ümumdünya sammitinin Tunis mərhələsi üzrə hazırlıq komitəsinin rəhbəri Əflatun Məmmədovun Trend ə bildirdiyinə görə, hazırda sentyabrın 19-30-da Cenevrədə keçiriləcəkk tədbirdə iştirak etmək üçün nümayəndə heyətinin tərkibi təsdiqlənib.

Onun sözlərinə görə, Nazirlikdən iclasda beynəlxalq münasibətlər şöbəsinin müdiri Ayaz Bayramov iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə informasiya texnologiyalrı institutunun direktoru Rasim Əliquliyev, BMT proqramının (UN DP) sədri Soltan Hacıyev, WSIS məsələləri üzrə rabitə nazirinin müşaviri Elçin Əliyev və digərləri daxildir.

İclasın gündəliyinə QHT-nin akkreditasiyası, vətəndaş cəmiyyti və kommersiya sektorunun birləşdirilməsi məsələləri, BERİ (Beynəxalq Elektron Rabitə İttifaqının baş katibinin hazırlıq komitəsi-2 və hazırlıq komitəsi-3 arasındakı dövrdə fəaliyyətə dair hesabatı, WSIS ilə birbaşa bağlı olan fəaliyyət haqqında hesabat, WSIS qərarlarının yerinə yetirilməsinin təhlilinə dair hesabat, hazırlıq komitəsi sədrinin dostlar qrupunun hesabatı, İnternetdən istifadənin idarə olunması üzrə işçi qrupun hesabatı, regional konfranslara, yığıncaqlara dair hesabat, həmçinin Tunis mərhələsi üzrə Hazırlıq Komitəsinin üçüncü iclasının yekun hesabatının qəbul olunması məsələsi daxil ediləcək.

Xəbər lenti

Xəbər lenti