...

LƏNKƏRAN RABİTƏSİNİN ELEKTRONLAŞDIRILMASI ÜZRƏ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR

Telekommunikasiya Materials 22 Sentyabr 2005 15:23 (UTC +04:00)

AR rabitə və informasiya texnologiyaları nazirlyii Azərbaycanın cənub regionlarının rabitəsinin elektronlaşdırılması üzrə tədbirlər həyata keçirir.Nazirlikdə Trend ə bildirilib ki, "Elektronlaşdırılmış Azərbaycan" layihəsinə əsasən, Lənkəranda yeni 10 min tutumlu və Çinin Huawei istehsalı olan 1600 kanallı EATS-nin tikintisi başa çatdırılıb.

İnformasiya mərkəzində qeyd olunub ki, müntəzəm olaraq telefon nömrələri əlaqələndirici tipli yeni elktron nömrələrlə əvəz edilir.

Hazırda rayonda 10 kənd ATS-i elektronlaşdırılıb və indi 24 kəndin elektronlaşdırılması üzrə tədbirlər həyata keçirilir.Adıçəkilən işlər 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivsəində gerçəkləşdirilir.

Xəbər lenti

Xəbər lenti