...

RABİTƏ NAZİRLİYİNİN NÜMAYƏNDƏLƏRİ POÇT RABİTƏSİ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK EDƏCƏK

Telekommunikasiya Materials 1 Oktyabr 2005 14:15 (UTC +04:00)

AR rabitə və informasiya texnologiyaları nazirliyiinin nümayəndələri poçt rabitəsi üzrə keçiriləcək beynəlxalq seminarda iştirak edəcək.Nazirliyin poçt şöbəsində Trend ə bildirilib ki, tədbir Fransanın poçt administrasiyası tərəfindən dekabrın 2-3-də Parisdə keçiriləcək.

Nazirlikdə həm də qeyd olunub ki, seminar poçt sahəsində islahatlar keçirilməsinə həsr olunub.Burada əsasən Baltikyanı və MDB ölkələrindən nümayəndələr iştirak edəcək.

Seminarda adıçəkilən ölkələrdə poçt rabitəsi sahəsində həyata keçirilən islahatların rolu, bu istiqamətdə aparılan işlərin yekunları kimi məsələlərə toxunulacaq.

"Hazırda nazirliyin seminarda iştirak edəcək nümayəndə heyətinin tərkibinin dəqiqləşdirilməsi üzərində iş aparılır" - deyə dövlət strukturunda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti