...

AZƏRBAYCANLA LATVİYA ARASINDA RABİTƏ SAHƏSİNDƏ SAZİŞİN İMZALANMASI PLANLAŞDIRILIR

Telekommunikasiya Materials 4 Oktyabr 2005 11:15 (UTC +04:00)

Yaxın gələcəkdə Azərbaycanla Latviya arasında rabitə sahəsində əməkdaşlığa dair saziş imzalanacaq. Trend in xəbər verdiyi kimi, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Ayaz Bayramov bildirib.

Onun sözlərinə görə, saziş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Latviyanın rabitə və nəqliyyat Nazirliyi arasında imzalanacaq. "Bunun ölkələrdən birinin növbəti səfəri zamanı baş tutacağı gözlənilir. Bu sənəd hər iki ölkə arasında İT sahəsində əməkdaşlığın inkişafını müəyyən edəcək", - deyə o qeyd edib.

Bundan başqa, rabitə naziri Əli Abbasovla Latviyanın rabitə və nəqliyyat naziri Aynars Şlesersin görüşündə hər iki ölkə arasında gələcək əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti