...

RABİTƏ NAZİRLİYİ İNFORMASİYA TEXNOLOGİYALARI SAHƏSİNƏ $ 19,7 MİLYON İNVESTİSİYA QOYUB

Telekommunikasiya Materials 10 Oktyabr 2005 13:00 (UTC +04:00)

2005-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları Nazirliyi ölkənin telekommunikasiya sahəsinə 90,5 milyard manatdan artıq ($19,7 mln.) vəsait qoyub. Nazirlikdən Trend ə verilən məlumata görə, həmin vəsaitin əsas hissəsi paytaxtda və regionlarda rabitə obyektlərinin rekonstruksiyasına, yeni telefon xəttlərinin tikintisinə yönəlib.

Bu dövrdə Nazirliyin ayrı-ayrı müəssisələri üzrə vəsaitin qoyulması məsələsinə gəldikdə isə dövlət strukturundan bildiriblər ki, Aztelekom İstehsalat Birliyi üzrə bu göstərici 44,731 milyard manat ($6,949 milyn.), Baki Telefon Rabitasi İB-nə 37,0093 milyard manat ($8 milyondan artıq), Teleradio İB 1 milyrd. 786,8 milyon manat ($389 min), Azerpoct Dövlət Müəssisəsi 3, 680 milyrd. manat ($801,2 min) olub.

Qeyd etmək lazımdır ki, bütün cari il ərzində Rabitə Nazirliyi Azərbaycanın kommunikasiya sahəsinə 96,5 milyard manat ($21 milyon) investisiya qoymağı, əhaliyə və təşkilatlara 670,1 milyard manat ($146 milyn.) həcmində rabitə sahəsində xidmət göstərməyi və dövlət büdcəsinə 100 milyapd manat ($21,772 milyon) vəsait keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti