...

OKTYABRDA AZERPOCHT ŞƏBƏKƏSİNDƏ TRAIELLEX BEYNƏLXALQ SİSTEMİ ÜZRƏ PUL KÖÇÜRMƏLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİNƏ BAŞLANILACAQ

Telekommunikasiya Materials 11 Oktyabr 2005 14:40 (UTC +04:00)
OKTYABRDA AZERPOCHT ŞƏBƏKƏSİNDƏ  TRAIELLEX BEYNƏLXALQ SİSTEMİ ÜZRƏ PUL KÖÇÜRMƏLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİNƏ BAŞLANILACAQ

Oktyabrdan etibarən Azerpocht Dövlət Müəssisəsi şəbəkəsində Travellex beynəlxalq sistemi üzrə pul köçürmələrinə başlanılacaq. Trend in məlumatına görə, bu barədə Şərqi Avropa ölkələri üzrə Travellex Money Transfer (Böyük Britaniya) şirkətinin inkişaf üzrə meneceri Lev Samsonov məlumat verib.

Onun sözlərinə görə, artıq paytaxtda pul köçürmələrinin həyata keçirildiyi 5 məntəqə mövcuddur. "Artıq ilin sonuna kimi xidmət göstərmək üçün şəbəkənin genişləndirilməsi nəzərdə tutulub", -deyə menecer qeyd edib.

Samsonov həmçinin qeyd edib ki, şirkət artıq bir ildir ki, Azərbaycanla KİB NİKoyl, Bank Respublika, Azərbaycan Mikromaliyyələşdirmə Bankı (yaxınlarda bu şəbəkəyə Bank of Baku da daxil olub) kimi banklar vasitəsilə əməkdaşlıq edir.

"Azərbaycanda həyata keçirdiymiz sonuncu layihə Azerpocht DM ilə birgə işimizdir ", - deyə L.Samsonov bildirib.

Azerposht Dövlət Müəssisəsi və Travelex Money Transfer şirkətinin Travelex Group yarımbölməsi ilə ayrı-ayrı şəxslərə pul köçürmələri üzrə xidmət göstərilməsi sahəsində razılaşma cari ilin mayında imzalanıb.

Travelex Group bazara Travelex pul köçüromələri üzrə yeni xidmət sistemini 2003-cü ildə çıxarıb. Bu gün bu sistemin köçürmələrindən dünyanın 90 ölkəsində istifadə olunur. Travelex köçürmələrini MDB ölkələrində iri maliyyə institutları həyata keçirir.

Xəbər lenti

Xəbər lenti