...

PARABANK SMS VƏ İNTERNET BANKİNG XİDMƏTİ GÖSTƏRMƏYİ PLANLAŞDIRIR

Telekommunikasiya Materials 12 Oktyabr 2005 18:03 (UTC +04:00)

Gələcəkdə Parabank AKB SMS və Internet Banking xidmətləri göstərməyi planlaşdırır. Trend in məlumatına əsasən, oktyabrın 12-də bank rəhbəri Rasim Poladov bu barədə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hazırda həmin istiqamətdə ilk addım atılıb.

"Rabitə və informasiya texnologiyaları nazirliyinin İnformasiya və Hesablama mərkəzi ilə on-line sisteminin təbiqi üzrə işlər aparılır" -deyə bank rəhbəri bildirib.

R.Poladov həm də qeyd edib ki, bu sistemin bazasında texniki təminat formalarının tətbiqi ilə SMS və Internet Banking xidmətlərinin göstərilməsi mümkün olacaq.

"Ümumilikdə bu xidmətlərin tətbiqinə 2006-cı ildən başlanılması planlaşdırılır" -deyə R.Poladov qeyd edib.

SMS-Banking xidmətləri SMS-mobil telefona məlumatın köməyilə kart hesabında vəsaitlərin hərəkətinə bütün günü nəzarət sistemidir. Banka müraciət etmədən nəğd pulların götürülməsi, mal və xidmətlərin ödənməsi üzrə əməliyyatların, kartların hesabına qeyri-nəğd daxilolmaların, kart hesabının nəğd pul daxil edilməsi yolu ilə doldurulması məbləği, uğursuz əməliyyatlar barədə məlumat almaq imkanı vardır. İnternet-Banking - bu, müştərilərə İnternet vasitəsilə öz bank hesablarını idarə etmək imkanı verən xidmətdir.Müştəri ilə bank arasında ğütün sənəd mübadiləsi elektron şəkildə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti