...

Rabitə Nazirliyinin nümayəndələri insan ehtiyatlarının idarə olunması və inkişafı üzrə qlobal simpoziumda iştirak etməyi planlaşdırır

Telekommunikasiya Materials 14 Oktyabr 2005 18:41 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin nümayəndələri insan ehtiyatlarının idarə olunması və inkişafı üzrə qlobal simpoziumda iştirak etməyi planlaşdırır. Nazirlikdən Trend ə verilən məlumatlara görə, simpozium noyabrın 21-dən 24-ə qədər Bəhreyndə keçiriləcək.

Tədbirin mövzusu "Strateji üstünlüklər üçün İT ehtiyatlarının inkişafı"dır və o, Ümumdünya Telekommunikasiya Birliyi (İnternational Telecommunication Union -İTU) tərəfindən təşkil olunub.

"Hazırda biz Azərbaycanın simpoziumda iştirakı ilə bağlı təşkilatçılarını yekun qərarını gözləyirik", -deyə dövlət strukturundan bildiriblər.

"Bu simpozium bir növ oktyabrın 3-dən 5-ə kimi Bakıda keçirilən insan ehtiyatlarının idarə olunması və inkişafı mövzusunda iclasın davamıdır", - deyə Rabitə Nazirliyindən bildiriblər.

Tədbirin keçirilməsində əsas məqsəd İKT sahəsində insan resurslarının inkişafı və idarə olunması məsələlərinin, bu istiqamətdə müxtəlif ölkələrin təcrübə mübadiləsi və s. müzakirəsidir.

Xəbər lenti

Xəbər lenti