...

İlin əvvvəlindən Azərbaycanda rabitə sahəsində $326 mln. həcmində xidmət göstərilib

Telekommunikasiya Materials 17 Oktyabr 2005 20:18 (UTC +04:00)

2005-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda rabitə sahəsində 1,5 trln. manat ($326 mln.) həcmində xidmət göstərilib. Trend bildirir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 32,9% çoxdur.

Bunlardan 24,9% xidmət dövlət, 75,1% özəl müəssisələr tərəfindən göstərilib, artım həcmi müvafiq olaraq 12,7% və 41,3% təşkil edib.

Bundan başqa, mobil rabitədən alınmış gəlirlər ötən illə müqayisədə 44,8% artaraq 1053,3 mlrd. manat (təxminən $229 mln.) göstəricisinə çatıb.

Azərbayycanın regionlarında rabitə sahəsindəki vəziyyətə gəlincə burada da xeyli artım müşahidə olunur.Göstərilən telekommunikasiya xidmətəlrinin həcmi Aran iqtisadi zonasında 10,6%, Abşeronda 19,1%, Quba-Xaçmazda 10,2%, Şirvanda 11,4%, Şəki-Zaqatala 12,7%, Gəncə-Qazax 13,4%, Naxçıvanda 21,8% və Lənkəranda 11,4% təşkil edib.

Xəbər lenti

Xəbər lenti