...

Azərbaycan Malta Fim Bank-a qarşı cavab iddiası qaldırmağa hazırlaşır

Telekommunikasiya Materials 26 Oktyabr 2005 14:13 (UTC +04:00)

Azərbaycan rabitə nazirliyi və Pochtbank AKB-nin zəmanəti ilə rabitə nazirliyinin müəssisələrinə bankın ayırdığı kreditin guya ödənməməsi barədə iddia ilə Azərbaycan hökumətinə qarşı çıxış edən Malta Fim Bank-a qarşı cavab iddiası qaldırmağa hazırlaşır. Trend bildirir ki, oktyabrın 26-da rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu barədə bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin vəkilləri bu yaxınlarda Bakıda olub və bizi məlumatlandırıblar ki, Rotterdamda bu iş üzrə aparılan məhkəmə araşdırması yaxın vaxtlarda Azərbaycan tərəfinin xeyrinə həll başa çatacaq. "Onlar Azərbaycana dəymiş zərərə görə Fim Bank-a qarşı cavab iddiası verilməsi üzrə müvafiq sənədləri hazırlayır.Hələlik iddianın dəqiq məbləği müəyyən edilməyib" -deyə Ə.Abbasov qeyd edib.

Rotterdamda Malta Fim Bank-ın işi üzrə növbəti məhkəmə iclası noyabrın 16-da keçiriləcək

Xəbər lenti

Xəbər lenti