2005-ci ilin yanvar- sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında (NMR) rabitə sahəsində müəssisəÖ təşkilat və əhaliyə 7206,6 mln. manat ($1,5 mln.) həcmində xidmət göstərilib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 20,9% çoxdur. NMR-nin Bakıdakı daimi nümayəndəliyində Trend ə bildirilib ki, göstərilən xidmətin ümumi məbləğindən əhalinin payına 5075 mln. manat.($1,1 mln) düşür ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 23,7% çoxdur.
Nümayəndəlikdə qeyd olunub ki, NMR-də rabitə və informasiya texnologiyaları nazirliyi tərəfindən bu dövrdə təxminən 1 min telefon xətti çəkilib.
Bundan başqa, NMR-də rabitə müəssisələrində işçilərin sayı təxminən 1 min nəfər təşkil edib ki, bu da 2004-cü ilin analoji göstəricisi ilə müqayisədə 12% çoxdur.2004-cü illə müqayisədə əmək haqqı 41% artırılaraq 572,2 min manat (təxminən $125) təşkil edib.