...

İlin sonunadək regionlarda Western Union ilə poçt pul köçürmələrinin tətbiq edilməsi planlaşdırılır

Telekommunikasiya Materials 1 Noyabr 2005 12:39 (UTC +04:00)

İlin sonunadək Azərpoct DM ölkənin 14 regionunda Western Union sistemi ilə poçt pul köçürmələrinin tətbiq edilməsini planlaşdırır. Müəssisədə Trend ə bildirilib ki, həmin regionlar Ağstafa, Bərdə, Daşkəsən, Gəncə, Goranboy, Xanlar, Mingəçevir, Naftalan, Samux, Şəmkir, Tərtər, Şəki, Tovuz və Yevlaxdır.

DM-də qeyd olunub ki, hazırda bu xidmətlər paytaxtın 10 poçt şöbəsində - mərkəzi poçt şöbəsində, 1, 6, 73, 2, 118, 63, 83, 44 və 45 saylı şöbələrdə həyata keçirilir.

Ümumilikdə bu xidmətin Azərbaycanın 50 rayonunda tətbiq edilməsi planlaşdırılır.

Parabank KB və Azərpoct DM arasında həmin sistemin tətbiqinə dair imzalanmış sazişə əsasən ilk dəfə k.çürmələr oktyabrın 10-da 1 saylı poçt şöbəsində və oktyabrın 11-də isə 118 saylı poçt şöbəsində həyata keçirilib.

Eyni zamanda DM-nin Travelex Group şirkəti ilə analoji sazişi vardır və bu sazişə əsasən, ilkin olaraq paytaxtın bütün poçt şöbələrində, sonra isə regionlarda bu sistemin tətbiqi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti