...

Rabitə Nazirliyi yeni obyektləri istismara verir

Telekommunikasiya Materials 1 Noyabr 2005 19:18 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni obyektləri istismara verir. Rabitə Nazirliyindən Trend ə verilən məlumata görə, Lənkəran, Beyləqan, Şəmkir, Quba, Lerik, Xaçmaz və digər rayonlarda ümumi tutumu 1280 nömrə olan EATS-lər açılaraq istifadə verilib.

Dövlət strukturundan bildirilib ki, yaxın vaxtlarda Sabirabad, Cəlilabad və Göyçayda yeni poçt şöbələrinin istifadəyə verilməsi planlaşdırılır.

"Həmçinin, İB ümumi həcmi 7650 kanal olan İnternet provayder qovşağı istismara verilib", - deyə dövlət strukturundan bildirilib.

Xəbər lenti

Xəbər lenti